Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın Yevlax polisi (paytaxt Bakıdan 300 kilometr məsafədə) saxta əskinazlar hazırlayan şəxsi yaxalayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İslam Musayevdən 1 ədəd 5 və 1 ədəd 20 manatlıq saxta əskinas götürülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Musayevin saxta pul hazırladığı printer və 1000 ədəd kağız Qaraməmmədli kənd sakini, qohumu Elnur Orucoğlunun həyətində aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]