Gürcüstan, Tbilisi, 23 fevral / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze fevralın 26-30-da Kiyevdə GUAM-ın Baş qərargahının açılış mərasimində iştirak edəcək. Bu barədə bazar ertəsi keçirilən brifinqdə Gürcüstan XİN-in beynəlxalq təşkilatlar departamentinin rəhbəri Serqey Kapanadze bildirib.
"Ötən həftə nazir müavini David Calaqaniya Yaponiyaya səfər edib və burada GUAM-a üzv ölkələrin xarici işlər nazirləri müavinlərinin görüşündə iştirak edib, fevralın 26-30-da isə Vaşadze GUAM-ın baş qərargahının açılış mərasimində iştirak etmək üçün Kiyevə səfər edəcək", - deyə Kapanadze vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]