Türkiyə, Ankara, 24 fevral / Trend , müxbir A.Ələskərov / Məlum olub ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel Türkiyə, İsrail, Misir və İordaniya daxil olmaqla region ölkələrinə səfər edəcək. "Milliyet"in verdiyi məlumata görə, Mitçel Ankaraya cümə axşamı gələcək. Onun dövlət başçısı Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğanın qəbul edəcəyi, həmçinin Xarici Siyasət İdarəsinin rəhbəri Əli Babacan ilə görüşəcəyi gözlənilir.