...

Aİ Rafiq Həririnin qətlinin təhqiqatında iştirak etməyəcək

Siyasət Materials 25 Fevral 2009 14:20 (UTC +04:00)

Belçika, Brüssel, 25 fevral / Trend , müxbir A. İsmayılova /  

Avropa İttifaqı (Aİ) Livanın Baş naziri Rafiq Həririnin qətlinin araşdırılması prosesinə qarışmayacaq. Bu barədə Aİ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mark Otte (Marc Otte) bildirib.

Martın 1-i BMT yanında Livan üzrə xüsusi tribunal 2005-ci ilin fevral ayında törədilən terror aktı nəticəsində öldürülən keçmiş Baş nazir Həririnin qətli üzrə təhqiqatlara başlayacaq. Təhqiqatı Kanada baş prokurorunun keçmiş müavini Daniel Belmar aparacaq.

"Aİ xüsusi orqanın (tribunal) yaradılmasını dəstəkləyir və onun nəticəsini gözləyəcəyik. Lakin Aİ bu hüquqi prosesə müdaxilə etməyi lazım bilmir", - deyə Trend -a Otte bildirib.

Sabiq Baş nazirin qətlində əsas şübhəli tərəf Suriya rəhbərliyidir. Çünki Həriri Suriyanın Livanın daxili işlərinə müdaxilə etməsinə və Suriya ordusunun 1975-ci ildən ölkədə mövcudluğuna qarşı çıxış edirdi.

O, iki dəfə Baş nazir postunu tutub və son bir neçə ildə qətlə yetirilən nüfuzlu siyasi liderlərdən biridir.

Livan üzrə xüsusi tribunalın yaradılması 2007-ci ilin mayında BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Əvvəllər qətlin təhqiqatı ilə Beynəlxalq tribunalın sabiq Yuqoslaviya üzrə hazırkı prokuroru Serj Brammertsin başçılıq etdiyi beynəlxalq müstəqil komissiya məşğul olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti