...

"Rak Corciya Holdinq" heç vaxt vicdanlı alıcı olmayacaq – mərhum gürcü iş adamının ailəsi

Siyasət Materials 26 Fevral 2009 14:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 fevral / Trend , müxbir N.Kirtsxaliya /

Mərhum iş adamı Badri Patarkatsişvilinin ailəsi bəyan edir ki, onlar "Rak Corciya Holdinq" ərəb şirkəti tərəfindən alınmasına baxmayaraq, "İmedi" teleradioşirkətinin geri qaytarılması uğrunda mübarizəni davam etdirəcəklər.

Fevralın 25-də yayılmış xüsusi bəyanatda mərhum iş adamının ailəsi "Cozef Key"in "İmedi"ni fırıldaq yolu ilə ələ keçirdiyini vurğulayır.

"Ailə mübarizəni beynəlxalq məhkəmələrdə davam etdirəcək", - bəyanatda deyilir.

İş adamı Cozef Key fevralın 25-dəki mətbuat konfransında bildirib ki, "İmedi" teleradioşirkətinin səhmlərinin 90 faizini "Rak Corciya Holdinq" ərəb şirkətinə satıb. O bunu məcburiyyətdən, dünya maliyyə böhranı ilə əlaqədar etdiyini qeyd edib. Razılaşmanın məbləği açıqlanmır.

"Rak Corciya Holdinq" şirkəti Gürcüstanda bir neçə sərmayə layihəsi həyata keçirir. Onun mülkiyyəti altında Poti limanı var. Bununla yanaşı şirkət, mərhum iş adamı Patarkatsişviliyə məxsus "Mtatsminda" Tbilisi parkını icarəyə götürüb.

Patarkatsişvilinin ailəsi bildirir ki, "Rak Corciya Holdinq" "heç vaxt vicdanlı alıcı olmayacaq, çünki "İmedi" və "Mtatsminda"nın ailədən necə alındığı ona məlum idi. Ona görə də bu iş beynəlxalq məhkəmələrdə davam etdirilir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti