...

Daxili işlər orqanlarında xidmətə qəbul üçün keçirilən imtahanların nəticələri açıqlanıb

Siyasət Materials 28 Fevral 2009 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir K.Zərbalıyeva / Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üçün keçirilmiş imtahanlarda 62 nəfər müvəffəqiyyət qazanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Trend -a verilən məlumata görə, fevralın 27-də daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Müsabiqədə iştirak etmək üçün 77 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 1 nəfər imtahana gəlməyib.
Namizədlərdən 62 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 94 bal olub.
Nəticələr imtahan keçirilən gün axşam saatlarında TQDK-nın internet səhifəsində yerləşdirilib və hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti