...

İsveçrə martın 4-dən etibarən Gürcüstanla Rusiyanın maraqlarını Moskva və Tbilisidə təmsil edəcək

Siyasət Materials 2 Mart 2009 15:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 mart / Trend , müxbir N.Kirtsxaliya /

İsveçrə martın 4-dən etibarən Gürcüstanın maraqlarını Rusiyada və müvafiq olaraq Rusiyanın maraqlarını Gürcüstanda təmsil etməyə başlayacaq. Bu haqda ənənəvi brifinq zamanı Gürcüstan Xarici Siyasət İdarəsinin rəhbəri Qriqol Vaşadze bəyan edib.

"Sabah mənim müavinim Qiqa Bokeriya İsveçrənin Gürcüstandakı səfiri Lorenso Amberqlə diplomatik müraciətlərin mübadiləsini aparacaq və martın 4-dən etibarən İsveçrə Rusiyanın maraqlarını Gürcüstanda təmsil etməyə başlayacaq", - Vaşadze deyib.  

Vaşadzenin sözlərinə əsasən, eyni prosedur Moskvada da keçirilərək və İsveçrə Gürcüstanın maraqlarını Rusiyada təmsil edəcək. Yaranan problemlərin həlli üçün Gürcüstan vətəndaşları üzərində İsveçrə bayrağı asılmış, əvvəllər Rusiya səfirliyinə müraciət etməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti