...

Ukrayna və Gürcüstan arasında viza rejiminin tətbiqinin heç bir təhlükəsi yoxdur

Siyasət Materials 2 Mart 2009 16:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 mart / Trend , müxbir N. Kirtsxaliya / Ukrayna və Gürcüstan arasında viza rejiminin tətbiqinin heç bir təhlükəsi yoxdur. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib.  

Onun sözlərinə görə, jurnalistlər bu bəyanatı Ukraynanın daxili işlər naziri Aleksandr Luçenkoya istinadən bildiriblər.

Ukrayna KİV-in məlumatına əsasən, ölkədəki Gürcüstan vətəndaşlarının fəal iştirak etdiyi kriminogen vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Ukraynanın DİN rəhbəri Gürcüstanla viza rejiminin tətbiqini tələb edib.

"Əslində o bu barədə bəyanat verməyib. Luçenko qeyd edib ki, hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlıq etməsi vacibdir", - deyə Vaşadze qeyd edib.

Onun sözlərinə görə, "qanun oğruları" Gürcüstanda fəaliyyət göstərə bilmirlər, həmçinin Rusiya ərazisinə də keçə bilmirlər, ona görə də onlar Ukraynanı seçirlər.

"Bu səbəbdən adi vətəndaşların da problemləri yaranır", - Gürcüstanın xarici işlər naziri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti