Türkiyə, Ankara, 03 mart / Trend , müxbir A.Ələsgərov / Avropa komissiyasının sədr müavini Günter Ferhoygen Avropa İttifaqını (Aİ) Türkiyəyə qarşı məntiqə zidd addımlarda günahlandırıb. "Türkiye" dərgisinin verdiyi xəbərə görə, Ferhoygen deyib ki, Aİ hərəkətləri ilə Türkiyənin quruma üzv olması barədə İttifaq üzvlərinin səmimiliyini şübhə altına alıb.
"Quruma inteqrasiya prosesi Türkiyədə geniş iqtisadi və siyasi dəyişikliklərə səbəb olub və Türkiyə energetika və Avropanın təhlükəsizliyi baxımından Aİ üçün çox vacib ölkədir", - Ferhoygen qeyd edib.
Onun sözlərinə əsasən, Aİ-nin Ankaraya dəqiq istiqamət göstərməməsi və bizlər tərəfindən verilən məntiqə zidd bəyanatlar Ai-nin səmimiliyinə kölgə salır.
Bununla yanaşı, Ferhoygen Ankaraya islahatlar proseslərini davam etdirməyi tövsiyə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]