...

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxalifət-iqtidar dialoqunun başlamasının tərəfdarıdır

Siyasət Materials 5 Mart 2009 09:02 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxalifət-iqtidar dialoqunun başlamasının tərəfdarıdır

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxalifət-iqtidar dialoqunun başlamasının tərəfdarıdır.

"Biz təkcə Dağlıq Qarabağ münaqişəsi yox, digər məsələlərlə bağlı müxalifətlə dialoqun tərəfdarıyıq", - çərşənbə günü Trend -a hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) yeni formatda iqtidar-müxalifət dialoqunun başlanması təklifi ilə çıxış edib. Partiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə bağlı Avropa Şurası qarşısında öhdəlik götürən partiyalarla iqtidar arasında dialoqun başlanmasının tərəfdarıdır.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürüb. Öhdəliklərə dair sənədə Azərbaycan rəhbərliyi ilə yanaşı, müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Müsavat, Azərbaycan Demokrat və Azərbacyan Liberal partiyalarının rəhbərləri də imza atıblar.

Novruzovun sözlərinə görə, vaxtilə hakim və müxalif partiyaların iştirakı ilə müzakirələr aparılıb. "Həmin görüşlər hər dəfə bir partiyanın qərargahında aparılırdı. Bizim partiyanın qərargahında keçirilən tədbirdə Müsavat və bir neçə müxalifət partiyası iştirak etmədiyindən, həmin dialoq prosesi dayandı", - Novruzov əlavə edib.

Hakim partiya funksionerinin fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dialoqun yenidən başlaması aktual mövzudur. "İndi referendumla bağlı təbliğat və təşviqat kampaniyasının qızğın vaxtıdır. Güman edirəm ki, məsələ referendumdan sonra reallaşa bilər", - icra katibinin müavini deyib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

"Azərbaycanın bütün müxalif partiyaları kimi biz də Dağlıq Qarabağ problemi ilə bağlı hakimiyyətlə dialoqun tərəfdarıyıq", - çərşənbə günü Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Cəlaloğlunun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi Azərbaycan xalqının həmrəyliyini əldə etmək üçün bir fürsətdir. "Bu məsələdə iqtidar-müxlifət cəbhələşməsini bir kənara qoyub, milli problemin həlli naminə millətin bütün övladları bir yerə yığışa bilər", - müxalif partiya sədri əlavə edib.

ADP lideri deyib ki, münaqişənin nizamlanması məqsədilə müxalifətin aparıcı partiyaları ilə dialoqun baş tutması hakimiyyətdən birbaşa asılıdır. "Müxalifət düşərgəsindən hansısa partiyanın bu ideyanın əleyhinə olacağını isə qətiyyən düşünmürəm", - Cəlaloğlu vurğulayıb. 

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşu radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulmasu ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarlaru ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Trend -un arayışı: Iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti