...

Gürcüstan XİN-in rəhbəri və ABŞ Dövlət katibi Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi mövzusunda söhbət aparacaqlar – səfir

Siyasət Materials 5 Mart 2009 13:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 mart / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və ABŞ Dövlət katibi Hillari Klintonun aparacağı danışıqların əsas mövzusu Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin hazırlanması olacaq. Bu barədə jurnalistlərlə söhbət zamanı Gürcüstanın NATO-dakı səfiri Revaz Beşidze bildirib.

Bu gün NATO-nun nazirlər iclası çərçivəsində NATO-Gürcüstan komissiyasının iclası keçiriləcək. Bundan əlavə, ilk dəfə olaraq nazirlər iclasında ABŞ-ın Dövlət katibi Hillari Klinton iştirak edəcək.

Beşidzenin sözlərinə görə, Klintonun NATO nazirlər iclasında iştirakı təkcə Gürcüstan üçün deyil, həm də alyansın özü üçün olduqca vacibdir. "Aparılacaq danışıqların əsas mövzusu təhlükəsizlik məsələləri olacaq", - deyə səfir qeyd edib.

Gürcüstanın müdafiə naziri Vasili Sixarulidze bu yaxınlarda "Ryter" agentliyinə verdiyi müsahibəsində Rusiyanın yeni təcavüz təhlükəsi qarşısında Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi xahişi ilə ABŞ-a müraciət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti