...

Azərbaycanda referendumu izləyəcək yerli müşahidəçilərin sayı 23 mini keçib

Siyasət Materials 5 Mart 2009 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva /  

Azərbaycanda keçiriləcək referendumu izləyəcək yerli müşahidəçilərin sayı 23 mini keçib.  

"Ölkə üzrə müşahidə aparmaq üçün 1395, seçki dairələri üzrə isə 21 627 yerli müşahidəçi qeydə alınıb", - cümə axşamı Trend -a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Trend -un arayışı: Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Həftənin şənbə günü saat 18:15-dən 19:45-dək İctimai Televiziyada, həftənin çərşənbə günü saat 20:15-dən 21:45-dək isə İctimai Radioda pulsuz efir vaxtı ayrılıb.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Mərkəzi Seçki Komissiyasında referendum üzrə müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10, dairə seçki komissiyalarında isə 5 gün qalmış başa çatacaq. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti