...

Aİ Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır – Benita Ferrero-Valdner

Siyasət Materials 5 Mart 2009 20:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 mart / Trend , müxbir N. Kirtsxaliya / Avropa İttifaqı (Aİ)Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. Bu barədə Gürcüstanın Baş naziri Nikoloz Qilauri ilə görüşdən sonra Avropa komissarı Benita Ferrero-Valdner bildirib.

Həmçinin o, Rusiyanın Gürcüstanın hava məkanını pozmasını şərh edərək bildirib ki, Aİ Gürcüstanın ərazi bütövlüyünü tanıyır. "Çox təəssüf ki, bənzər hadisələr təkrarən baş verir. Nə yaxşı ki, Cenevrə formatı davam edir. Hesab edirəm ki, münaqişəni bu formatın köməyi ilə həll edə bilərik. Bir daha qeyd etmək istəyirəm ki, biz Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq niyyətində deyilik, Gürcüstanın əarzi bütövlüyünü dəstəkləyirik", - deyə Ferrero-Valdner bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti