Gürcüstan, Tbilisi, 07 mart / Trend , müxbir N.Kirtsxaliya /
Müxalifətin planlaşdırdığı etiraz aksiyaları zamanı Gürcüstan rəhbərliyi silahlı qarşıdurmaya imkan verməyəcək və bu istiqamətdə atılan bütün cəhd kökündən kəsiləcək. Belə qəti bəyanatı Gürcüstan DİN-in rəhbəri Vano Merabişvili "Rustavi 2" telekanalının efirində, ölkədə mümkün çevriliş haqda sualı cavablandırarkən deyib.
Nazir həmçinin silah tətbiq edilərsə, buna dözmək niyyətində olmadığı haqda xəbərdarlıq edib.
"İstənilən qeyri-qanuni silah tətbiqinin qarşısı alınacaq və bizim bunun üçün bütün resurslarımız var. Bizim əsas məqsədimiz həm nümayişə gəlmiş insanların, həm də başqa dinc sakinlərin təhlükəsizliyini təmin etməkdir", - Merabişvili qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]