...

Aİ-nin Gürcüstan üzrə müşahidə missiyası Axalqoridəki partlayışı araşdırmaq istəyir

Siyasət Materials 9 Mart 2009 16:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 mart / Trend , N.Kirtsxaliya /

Aİ-nin müşahidə missiyası, rus hərbiçilərinin xəsarət aldığı Axalqorinin Mosabruni kəndində (KİV-nin məlumatına əsasən) baş verən hadisə ilə bağlı narahat olduqlarını bildirib. Bu barədə Aİ-nin Gürcüstandakı müşahidə missiyası məlumat verib. Məlumata əsasən, dünən təxminən günorta vaxtlarında onların Kvemo Çala yaxınlığında patrul keşiyi çəkən müşahidəçiləri partlayış səsi eşidiblər.

"Xatırladırıq ki, həqiqət hələlik bəlli deyil, baş verən ya bədbəxt hadisə, ya da təxribat aktıdır. Müşahidə missiyası dövlət sərhədi çərçivəsindəki bütün ərazidə vəziyyətin stabilləşdirilməsi və yaxşılaşdırılmasının təmin edilməsini istəyir, əgər müvafiq rəhbərlikdən icazə olarsa, biz hadisənin neytral təhqiq etmək istəyərdik", - Aİ-nın müşahidə missiyasının bəyanatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]  

Xəbər lenti

Xəbər lenti