...

İslahatçılar düşərgəsinin nümayəndəsi İran prezidentliyinə namizədliyini irəli sürüb

Siyasət Materials 10 Mart 2009 14:49 (UTC +04:00)

FARS agentliyinin verdiyi məlumata əsasən, İranın Şərqi Azərbaycan əyalətinin keçmiş nümayəndəsi prezident seçkilərində iştirak etmək məqsədilə  namizədliyini irəli sürüb.

Əkbər Əlami səkkiz il ölkə parlamentində bu əyaləti təmsil edib. 2008-ci ildə Nəzarət Şurası onu bu səlahiyyətdən uzaqlaşdırıb.

İranda prezident seçkiləri 2009-cu ilin iyunun 12-də keçiriləcək. Prezident seçkilərinə namizədliyini İslahatçılar düşərgəsinin nümayəndələri - İranın keçmiş prezidenti Məhəmməd Xatəmi və parlamentin eks-spikeri Mehdi Karrubi irəli sürüblər.

Hakim partiya və Mühafizəkarlar hələ ki, prezidentliyə öz namizədlərini irəli sürməyiblər.

Xəbər lenti

Xəbər lenti