Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva /
Bakı polisi axtarışda olan şəxsləri saxlayıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə (320-ci) maddəsi ilə axtarışda olan Abbasova Sədaqət Sabir qızı tutulub.
Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları isə Cinayət Məcəlləsinin dələduzluq (178) maddəsi ilə axtarışda olan Gülməmmədov Daşqın Gülməmməd oğlunu saxlayıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]