...

Türkiyə hərbi qulluqçulardan ibarət əlavə kontingenti Əfqanıstana göndərəcək

Siyasət Materials 11 Mart 2009 17:31 (UTC +04:00)

Türkiyə, Ankara, 11 mart / Trend , müxbir A. Ələsgərov /

Türkiyənin müdafiə naziri Vejdi Gönül bildirib ki, Baş Qərargah və ölkənin Xarici İşlər Nazirliyi Əfqanıstana hərbi qulluqçulardan ibarət əlavə kontingent göndərilməsi məsələsi üzərində çalışır.

"Bir sıra məsələlər var ki, biz onları gələcəyə planlaşdırmışıq. Bu mövzu ilə XİN və Baş Qərargah məşğul olur, burada əsas məsələ isə bizim necə töhfə verə biləcəyimizdən ibarətdir", -  "Türkiyə" qəzetinə müsahibəsində müdafiə naziri Əfqanıstan məsələsinə toxunaraq qeyd edib. Gönül bildirib ki, Əfqanıstanda tapşırıqları yerinə yetirən hərbi hissələrdir.

Xəbər lenti

Xəbər lenti