...

İndi birbaşa işğal təhlükəsi yoxdur, lakin heç nə istisna deyil – Gürcüstan Prezidenti

Siyasət Materials 11 Mart 2009 19:17 (UTC +04:00)
İndi birbaşa işğal təhlükəsi yoxdur, lakin heç nə istisna deyil – Gürcüstan Prezidenti

Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirtsxaliya /

Çərşənbə günü Tbilisi yaxınlığında yerləşən hərbi şəhərcikdəki mənzillərin açarlarını müharibə vaxtı dünyasını dəyişənlərin ailələrinə verərkən Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib ki, hazırda birbaşa işğal təhlükəsi olmasa da heç nə istisna deyil. 

"Gürcüstan böyük qəhrəmanların kiçik ölkəsidir. Başımıza faciə gəldi, amma əsgərlərimizlə döyüş meydanında həlak olsaydım, mənim üçün qürurlu olardı", - Saakaşvili deyib.  

"Əlbəttə ki, indi işğalın təkrarlanma təhlükəsi olmasa da, nə bilmək olar. Çox gözəl bilirik ki, düşmən Tbilisiyə qədər irəliləməyə hazır idi. Qərbin dəstəyi, bombardmandan qorxmayaraq Tbilisinin mərkəzinə yığışan cəmiyyətin özünəinamı və dar gündə qaçmayan hökumətin dözümlülüyü düşmənin Tbilisini işğal etməsinin qarşısını aldı. Qala yalnız içəridən dağıla bilər. Bu səbəbdən də satqınlıq olmamalıdır. Birlikdə olsaq bizə kimsə qalib gələ bilməz", - Saakaşvili vurğulayıb.

Saakaşvilinin sözlərinə əsasən, Gürcüstan ordusu sülhün bərqərar olunmasına hazırlaşır və bu səbəbdən də ordunu əcnəbi ölkələr hazırlayacaq.

"Ordumuz ölkəmizi, iqtisadiyyatımızı və azadlığımızı qorumağa hazır olacaq", - Saakaşvili qeyd edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti