...

Azərbaycan polisi vətəndaşları şantaj etdiyinə görə baş redaktoru saxlayıb

Siyasət Materials 12 Mart 2009 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan polisi vətəndaşları şantaj etdiyinə görə baş redaktoru saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Tovuz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 9-da "Qanun və Gerçəklik" ictimai-siyasi qəzetinin baş redaktoru Eldar Əsgərov, qəzetin şöbə müdiri Peyman Sadıqov, Gəncə şəhər sakinləri Bəxtiyar Cəfərov və Elnur Yusifov saxlanılıb.

Onlar Tovuz rayonu ərazisindəki 4 yeməkxanada videoçəkiliş apardıqdan sonra, barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə sahibkarlar Kazım Allahverdiyevdən və Yeganə Babayevanın hər birindən 400 manat alıblar. Həmçinin İslam Ağayevdən və Ülkər Hacıyevadan da pul vermələrini tələb ediblər.

Faktla əlaqədar polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti