...

Avropa Parlamenti Türkiyə başçısı ilə energetika məsələsinə baxmağı planlaşdırır

Siyasət Materials 12 Mart 2009 18:32 (UTC +04:00)

Türkiyə, Ankara, 12 mart / Trend , müxbir A.Ələsgərov /

Bu həftə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurası parlament nümayəndəsi Ria Oymen Ruytenin hazırladığı Türkiyə ilə bağlı məruzənin ilkin variantını müzakirə edirlər. Kürd əsilli vətəndaşların mədəni hüquqlarının artırılması və parlamentdə qadınlar üzrə xüsusi komissiyasının təsis edilməsi təşəbbüsləri bəyənilərək qəbul edilib.  

Türkiyəyə Avropa İttifaqına daxil olmaq üçün islahatları tezləşdirməklə bağlı müraciət olunub. "Sabah"ın verdiyi məlumata əsasən, Oymen Ruyten bildirib ki, Türkiyənin böyük qətiyyətlə lazımi islahatlar keçirməsi barədə müsbər siqnallar alınır. Aİ-yə sədrlik edən Çexiyanın Baş naziri Aleksandr Vondra bildirib ki, vergilər sisteminə, sosial siyasət və məşğulluğa həsr olunmuş yeni danışıqlar istiqamətində işlər görülür. "Biz də öz növbəmizdə energetika sahəsində danışıqların aparılmasına çalışırıq" , - deyə Vondra bildirib.

Xəbər lenti

Xəbər lenti