...

Naxçıvan Muxtar Respublikasında 248 964 seçici səsvermə hüququndan istifadə edəcək

Siyasət Materials 17 Mart 2009 10:30 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 17 mart / Trend , müxbir E.Məmmədov /

Muxtar Respublikada 248 964 seçici qeydə alınıb ki, bu da ötən il prezident seçkilərində səsvermə hüququna malik olanlardan 1813 nəfər artıqdır, Trend -un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bildirib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları dünən martın 16-da, gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Referendumun gedişatını təqribən 170 beynəlxalq və 47 min yerli müşahidəçi izləyəcək.

Qasımov onu da əlavə edib ki, budəfəki seçkilərdə 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində vətəndaşlar səs verəcək.

Həmçinin ötən seçkidən fərqli olaraq bu dəfə Muxtar Respublikada əlavə olaraq 632 səsvermə kabinəsi quraşdırılıb və kabinələrin ümumi sayı 1254-ə çatdırılıb.

Eyni zamanda, əlavə olaraq 235 daşınmaz və 241 daşınan seçki qutusu gətirilərək daşınmaz seçki qutularının sayı 771-ə, daşınan seçki qutularının sayı isə 531-ə çatdırılıb.

Naxçıvan Muxtar Respublikasında dairələr üzrə ən çox seçici 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsində(42257), ən az seçici isə 5 saylı Şahbuz-Babək Seçki Dairəsində(28702) qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti