...

Azərbaycanın cənubunda saat 12:00-a olan məlumata görə, seçicilərin 30 faizdən çoxu səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 18 mart / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələrində saat 12:00-a olan məlumata görə, seçicilərin 30,6 faizi səsvermədə iştirak edib.

Trend -un bölgə müxbirinə DSK-dan bildiriblər ki, 73 Lənkəran şəhər dairəsində 24,6 faiz, 74 saylı Lənkəran kənd dairəsində 30,2 faiz seçici səsvermədə iştirak edib.

Həmin dairələrdə 117 seçki məntəqəsi var. 110 295 nəfər seçici siyahıya alınıb.

1210 müşahidəçi var ki, onlardan 2-si beynəlxalq müşahidəçidir.

Çərşənbə günü Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti