...

ABŞ-ın strateji kəşfiyyat mərkəzi Türkmənistanla əməkdaşlıq perspektivlərini nəzərdən keçirir

Siyasət Materials 18 Mart 2009 16:31 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 18 mart / Trend , müxbir H. Həsənov /

ABŞ-ın beynəlxalq strateji kəşfiyyat mərkəzi Aşqabadda olan əməkdaşı Edvard Çounun simasında Türkmənistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir, rəsmi Türkmənistan mənbəsindən bildirilib.

Neft-Qaz, Sənaye və Mineral Resurslar nazirlikləri, karbohidrogen resursların istifadəsi və idarəsi üzrə Dövlət Agentliyində keçirilən görüşlərdə əsasən yanacaq-energetika sektoru ilə bağlı məsələlər müzakirə edilib. Karbohidrogen resurslarının, xüsusilə də təbii qazın satışı Trükmənistanın dövlət xəzinəsinin əsas gəlir payını təşkil edir.

Amerika nümayəndələri həmçinin XİN və Türkmənistanın yanacaq-energetika konsernləri ilə görüşlər keçirmək niyyətindədir.

ABŞ Xəzər regionu resurslarının ixracının diversifikasiyasının təmin edilməsinə və Avropa istehlakçıları üçün idxal bazarının genişləndirilməsinə şərait yaradan "Nabukko" transmilli qaz kəmərinin tikinti layihəsini fəal şəkildə dəstəkləyir. Bundan əlavə, Shevron, ConocoPhilips, BP, Shell, Total kimi iri qərb şirkətləri də karbohidrogen hasilatı üzrə Türkmənistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti