...

Samuxda narkotik satan şəxs yaxalanıb

Siyasət Materials 23 Mart 2009 13:28 (UTC +04:00)

Azərbaycan, Gəncə, 23 mart / Trend , V.Məmmədov /

Samuxda narkotik satan şəxs yaxalanıb.

Samux polisi tərəfindən martın 19-da keçirilən əməliyyat tədbiri zamanı qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Daşkəsən rayon sakini saxlanılıb. Bu barədə məlumatı Samux rayon rolis şöbəsinin rəis müavini Bahadur Şükürov verib.

Onun sözlərinə görə, Gəncədə kirayədə qalan Daşkəsən rayon sakini 1977-ci il təvəllüdlü Mobil İsgəndər oğlu Əsgərov Samuxun Sərkar kəndi ərazisində 2 kiloqram 600 qram narkotik vasitə olan marixuananı 3 min ABŞ dollarına satarkən yaxalanıb.

Polisə verdiyi ifadəsində Əsgərov narkotik vasitəni özü istifadə etməsi məqsədilə çay qırağından topladığını deyib.

Əvvəllər də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə məhkum olunan Əsgərov təqsirli bilinərsə, onu 5 ildən 12 ilədək müddətə azadlıqdam məhrumetmə cəzası gözləyir. Belə ki, onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanılması və satışı) maddəsilə cinayət işi açılıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti