...

İrakli Alasaniya Gürcüstanın ən konstruktiv siyasətçisi adlandırılıb - sorğu

Siyasət Materials 23 Mart 2009 14:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Kviris palitra" qəzetinin oxucuları "Gürcüstan naminə alyans"ın lideri İrakli Alasaniyanı ölkənin ən konstruktiv siyasətçisi adlandırıblar. 530 respondentin 34 faizi ona səs verib.

İkinci yeri Xristian Demokratik Hərəkatının lideri Giorgi Tarqamadze tutub. Ondan sonra isə "Yeni sağçılar" partiyasının lideri David Qamkrelidze yer alıb.

Siyahıda həmçinin parlamentin eks-spikeri Nino Burcanadze, "Gürcüstan yolu" partiyasının lideri Salome Zurabişvili, respublikaçıların lideri David Usupaşvilinin adları da çəkilir.

Qeyri-konstruktiv siyasətçilər kimi "Mühafizəkarlar" partiyasının nümayəndəsi Kax Kukava və Gürcüstan prezidenti Mixail Saakaşvili qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti