...

Gürcüstanda dövlət çevrilişinə cəhdlə bağlı ittiham olunan iki şəxs saxlanılıb

Siyasət Materials 24 Mart 2009 16:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Daxili İşlər Nazirliyi "Gürcüstanın Xilası Uğrunda" xalq hərəkatının iki üzvünə - Malxazu Qvelukaşvili və Laşa Çxenkeliyə qarşı terror aktlarına və dövlət çevrilişinə cəhdlə bağlı ittiham irəli sürüb.

Çərşənbə günü mətbuat konfransında Gürcüstan DİN-in rəsmisi Şota Utiaşvili bildirib ki, Qvelukaşvili və Çxenkeli aprelin 9-da istifadə etmək məqsədilə silah alıblar.

DİN Qvelukaşvilinin öz silahdaşları ilə aprelin 9-da planlaşdırılan dövlət çevrilişi və Saakaşvilinin ələ keçirilməsi barədə müzakirə apardığı videogörüntülər yayıb.

Kadrlarda Qvelukaşvilinin Çxenkeliyanın silah satıcıları ilə görüşü də yer alıb.

Bununla belə saxlanılan şəxslərin qohumları və silahdaşları nazirlik qarşısında etiraz aksiyası keçirirlər. Onların fikrincə, ittiham DİN tərəfindən təşkil olunub.

Məqalə müəllifi ilə əlaqə üvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti