...

"Gürcüstan naminə alyans"ın lideri hakimiyyətə dialoq təklif edir

Siyasət Materials 26 Mart 2009 10:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan naminə alyans"ın lideri İrakli Alasaniya ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayzanı Gürcüstandakı siyasi böhrandan özünün təqdim etdiyə çıxış yolu ilə tanış edib.  

"Çıxış yolu hakimiyyətlə müxalifət arasında dialoqdadır", - Brayza ilə görüşdən sonra Alasaniya jurnalistlərə deyib.  

Brayza Tbilisiyə dünən gəlib və "Tbilisi Merriott" mehmanxanasında müxalifət nümayəndələri ilə görüşlərini bitirməyənədək jurnalistlərin qarşısına çıxmayıb. Brayzanın parlamentin eks-spikeri Nino Burcanadze və Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alasaniya ilə söhbəti bağlı qapılar arxasında keçirilib. Sözügedən görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Con Teft də iştirak edib.

"Yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirələr aparılıb. ABŞ bizim strateji əməkdaşımızdır və Vaşinqtonun dəstəyi bizim üçün çox önəmlidir", - Alasaniya qeyd edib.

Alasaniya onu da qeyd edib ki, Prezident Saakaşvilinin istefa tələbi ilə keçiriləcək 9 aprel aksiyası ətrafında da müzakirələr aparılıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti