...

Rusiya prezidenti ikinci müddətə namizədliyini verib-verməyəcəyi haqda hələ qərar verməyib

Siyasət Materials 29 Mart 2009 15:01 (UTC +04:00)
Rusiya prezidenti ikinci müddətə namizədliyini verib-verməyəcəyi haqda hələ qərar verməyib

"Dmitri Medvedyev ikinci prezident müddətinə namizədliyini verib-verməyəcəyi haqda hələ qərar verməyib", - RİA Novosti məlumat verir.

"Mən əvvəlcə bu müddəti başa çatdırmaq və nə baş verəcəyini görmək istəyirəm", - Medvedyev Britaniya telekanalı ВВС-yə müsahibəsində, ikinci müddətə namizədliyini verməsi haqda sualı cavablandırarkən deyib.

Medvedyev ötən ilin martında keçirilən seçkilərdə prezident seçilib və mayın 7-də bu postda səkkiz il çalışmış Vladimir Putini əvəzləyib.

Medvedyevin prezident səlahiyyətləri 2012-ci ilin mayında bitir.

"Növbəti müddətə prezident seçilmək planlarını qurmağa yalnız öz hakimiyyətini uğurlu sayan insanın hüququ çatır", - Medvedyev deyib.

Xəbər lenti

Xəbər lenti