...

Azərbaycanın xarici işlər naziri Rusiya və Mərakeşin yeni səfirləri ilə görüşüb

Siyasət Materials 29 Mart 2009 20:25 (UTC +04:00)

Azərbaycan, Bакı, 29 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ölkəmizə yeni təyin olunan səfiri Vladimir Doroxini qəbul edib.

"Etimadnaməsinin surətini təqdim edən səfir Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, fəaliyyəti dövründa əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsinə çalışacağını deyib", - bazar günü Trend -a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məmmədyarov Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlığı yüksək qiymətləndirib və münasibətlərin daha da dərinləşməsi üçün mövcud imkanlardan faydalı istifadə edilməsinin məqsədəuyğunluğunu vurğulayıb. "Nazir Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vacib rol oynadığını qeyd edərək, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı bütün birgə bəyannamələrdə və digər sənədlərdə, münaqişənin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının təmin olunması kimi beynəlxalq hüquq normaları və prinsipləri, habelə müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT qərarları əsasında tezliklə həllinin vacibliyini xatırladıb", - məlumatda bildirilir.

Səfir və nazir iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri, habelə Xəzər dənizi və Qafqaz regionu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi də aparıblar.

Məmmədyarov bu gün Mərakeş Krallığının Azərbaycana yeni təyin olunan səfiri Həsən Hamini də qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti