...

ABŞ və Rusiya prezidentlərinin görüşü çərçivəsində Gürcüstan məsələsi də müzakirə olunacaq - XİN

Siyasət Materials 30 Mart 2009 15:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan tərəfi əmindir ki, Rusiya və ABŞ prezidentlərinin görüşü zamanı Gürcüstan məsələsi də müzakirə olunacaq.

"ABŞ Gürcüstanın tərəfdaşı olaraq qalmaqda davam edir", - deyə ənənəvi brifinqdə Gürcüstanın xarici işlər naziri Sergey Karanadze bildirib. 

Onun sözlərinə əsasən, "ABŞ və Rusiya arasındakı siyasətin yeniləşməsi fonunda Dmitri Medvedyev və Barak Obamanın görüşü çərçivəsində müzakirə edilən məsələlərdən biri Gürcüstan məsələsi olacaq".

ABŞ və Rusiya prezidentlərinin görüşü aprelin 1-də Londonda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti