...

Rəsmi Bakının Azərbaycanda əcnəbi hərbi bazaların yerləşdirilməməsinə dair siyasəti dəyişilməzdir – Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 30 Mart 2009 17:04 (UTC +04:00)
Rəsmi Bakının Azərbaycanda əcnəbi hərbi bazaların yerləşdirilməməsinə dair siyasəti dəyişilməzdir – Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.Rüstəmov /

Rəsmi Bakının Azərbaycanda xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməməsinə dair siyasəti dəyişilməzdir.

"Ölkə ərazisində xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsini nəzərdə tutmayan Azərbaycanın xarici siyasi kursu bu gün olduğu kimi qalır", - deyə bazar ertəsi Trend -a Azərbaycanın Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

ABŞ KİV-də Qırğızıstanın "Manas" aeroportundan çıxarılan hərbi bazanın Azərbaycanda yerləşdirilməsinə dair informasiyalar yayılıb.

Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Bişkəkdəki bazada Amerika hərbi kontingentinin mövcudluğu barədə ABŞ-la imzalanan sazişin ləğvi barədə hökumət qərarının yerli parlament tərəfindən təsdiq edilməsinin ardından ABŞ aviabazasının "Manas" beynəlxalq aeroportundan çıxarılması barədə qanun imzalayıb.

"ABŞ-ın bəzi KİV-ləri beynəlxalq arenada fikir formalaşdırmaq ilə məşğul olur, bizdə belə bir məlumat yoxdur", - deyə Məmmədov bildirib.

Məmmədov bildirib ki, Azərbaycan ABŞ-la bir çox məsələlər üzrə əməkdaşlıq edir, Əfqanıstan və İraqda vəziyyətin sabitləşdirilməsi üzrə əməkdaşlıq mövcuddur və biz bu əməkdaşlığı genişləndirə bilərik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti