...

Amerika hərbi gəmisi Gürcüstan limanına bu il ilk dəfə daxil olacaq

Siyasət Materials 31 Mart 2009 14:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Batumi limanına bu gün ABŞ HDQ-nin "KLAKRING" (FFG-42) gəmisi daxil olacaq. Gürcüstanın sahil mühafizə xidmətindən verilən məlumata görə, Amerika hərbi gəmisinin təntənəli qarşılanma mərasimi keçiriləcək.

Amerikanların Batumi limanındakı dördgünlük səfəri zamanı Gürcüstan sərhəd polisinin rəisi Zaza Qoqava, Gürcüstan sahil mühafizəsi departamentinin başçısı Besik Şengeliya ilə görüşləri planlaşdırılır.

Həmçinin limanın akvatoriyasında erməni və gürcü hərbçilərinin birgə təlimləri də nəzərdə tutulub. Amerika hərbçiləri gürcü hərbi dənizçilərini öz gəmiləri ilə tanış edəcəklər.

Bu, bu il Amerika hərbi gəmisinin Gürcüstan limanına ilk girişidir. Gürcüstan-Rusiya müqaşəsindən sonra ötən ilin sentyabrından Gürcüstanın Qara dəniz sahili Amerika HDQ-nin mühafizə və inspeksiya obyektinə çevrilib. ABŞ gəmiləri mütəmadi olaraq gürcü suları yaxınlığında partul çəkir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti