...

Belçika Dağlıq Qarabağ probleminin diplomatik yolla həll edilməsi tərəfdarıdır

Siyasət Materials 31 Mart 2009 16:20 (UTC +04:00)
Belçika Dağlıq Qarabağ probleminin diplomatik yolla həll edilməsi tərəfdarıdır

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir C.Babayeva /

Belçika Dağlıq Qarabağ probleminin diplomatik yolla həll edilməsi tərəfdarıdır, - deyə çərşənbə axşamı Mətbuat Konfransında Belçikanın senatoru Tilmans Dominik bildirib.

"Münaqişənin kompromis yolla həlli üçün münaqişəli tərəflərin rəylərini öyrənmək lazımdır. Məhz onların rəylərini öyrənməklə bu məsələyə obyektiv qiymət vermək olar", - deyə senator bildirb.

İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına iddiası nəticəsində yaranıb. 1991-ci ilin dekabrın ayında Dağlıq Qarabağ (Şuşa və Xocalıdan başqa) Azərbaycanın nəzarəti altından çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayon işğal olunub. 1994-cü ilin may ayında tərəflər atəşkəs barədə razılığa gəliblər. O zamandan etibarən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nəticəsiz sülh danışıqları aparılır.

Belçika nümayəndə heyətinin Azərbaycana səfəri bazar ertəsi başlayıb. Parlament üzvlərinin ölkəyə səfərinin məqsədi Belçika cəmiyyətini Azərbaycan barədə məlumatlandırmaq, iki ölkənin dövlət və ictimai-siyasi xadimlərinin sonrakı əlaqələrinin inkişafıdır.

Belçika nümayəndə heyətinin tərkibinə deputatlardan Marion Lemesre və Sadık Koksal, "Belturk" qəzetinin təsisçisi Şərifə Yavas daxildir.  

Görüş çərçivəsində nümayəndə heyəti ölkənin Parlament, Təhlükəsizlik və Xarici İşlər Nazirliklərinin, Qaçqın və Məcburi köçkünlərlə işlər üzrə Dövlət Komitəsinin başçıları ilə görüşüb. Belçikan nümayəndə heyəti Heydər Əliyev Fonduna və Azərbaycanın Tarix Muzeyinə baş çəkib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti