...

Aİ və BMT-nin İnkişaf proqramı Gürcüstanda avqust hadisələrindən zərər çəkənlər üçün 4,4 mln. avro ayırıb

Siyasət Materials 31 Mart 2009 18:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

Aİ və BMT-nin İnkişaf proqramı Gürcüstan-Gənubi Osetiya avqust münaqişəsindən zərər çəkmiş regionlarda yeni təşəbbüsə başlayır. Söhbət Şida Karti, Msxeta-Mtianeti və Sameqreloda reallaşdırılacaq yeni layihələrdən gedir.

18 aya hesablanmış təşəbbüs Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir və büdcəsi 4,4 mln. avro təşkil edir.

Proqamın təqdimatı bu gün "Tbilisi Mariott" mehmanxanasında keçirilib. Tədbirdə Gürcüstanın Baş naziri Nikolos Qilauri, Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Per Eklund və BMT İnkişaf proqramının daimi nümayəndəsi Robert Uotkins iştirak ediblər.

"Bu Brüssel konfransı nəticələrinə görə ayrılan növbəti yardımdır. Verilən məbləğ Şida Karti, Msxeta-Mtianeti və Sameqreloda peşəkar tədrisin inkişafına, mikromaliyyələşdirilməyə və infrastruktura sərf olunacaq", - Qilauri deyib.

Eklundun sözlərinə görə, avqust hadisələrindən sonra Aİ operativ şəkildə rəsmi Tbilisiyə yardım ayırdı. O qeyd edib ki, məlum hadisələrin fəsadlarını aradan qaldırmaqdan ötrü Aİ Gürcüstana olan yardımlarını davam etdirəcək.

"Aİ-nin ayırdığı 4,4 mln. avro və BMT İnkişaf proqramının səriştəsi, yardımı Gürcüstan hakimiyyəti ilə razılaşdırılmış prioritet sahələrə yönəltməkdə kömək edəcək", - Eklund əlavə edib.

Uotkinsin sözlərinə əsasən, əhalinin bilavasitə tələblərinin ödənilməsi BMT İnkişaf proqramının əsas məqsədidir.

"Bundan sonra uzunmüddətli inkişafa qədəm qoymaq olar", - Uotkins deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti