...

Gürcüstanın NATO-ya inteqrasiya məsələlərini Haaqada Gürcüstan və Kanada XİN rəhbərləri müzakirə edib

Siyasət Materials 31 Mart 2009 18:37 (UTC +04:00)

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın NATO-ya inteqrasiyası məsələləri bu gün Haaqada Gürcüstanın Baş naziri Qriqol Vaşadze və onun kanadalı həmkarı Lorens Kennon arasında müzakirə olunub. Görüş Əfqanıstanın problemlərinə həsr olunmuş konfrans çərçivəsində baş tutub.

Tərəflərin bildirdiyinə görə, Kanada Gürcüstanın NATO və Avropa strukturlarına inteqrasiyasının ən fəal tərəfdarlarından biridir. Vaşadze və Kennon, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Onlar münasibətlərin dərinləşdirilməsi perspektivi olduğuna əminliklərini bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti