...

Futbol üzrə Azərbaycan yığmasının yer aldığı qrupun liderləri növbəti qələbələrini qazandılar

Siyasət Materials 2 Aprel 2009 02:54 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığmasının yer aldığı qrupun liderləri növbəti qələbələrini qazandılar

CAR-da 2010-cu ildə keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə turnirinin növbəti oyunları keçirilib.

Azərbaycanın da yer aldığı dördüncü qrupun liderləri olan Almaniya və Rusiya yığmaları növbəti qələbələrini qazanıblar.

Qrupda ikinci yerdə qərarlaşan rusiyalılar, Lixtenşteyndə yerli yığma üzərində minimal 1-0 hesabı ilə qalib gəliblər.

Qələbə topunu 38-ci dəqiqədə Andrey Arşavindən ötürmə alan Konstantin Zıryanov vurub.

Qrupun lideri Almaniya yığması isə rəqib meydanında Uelsi 2-0 hesabı ilə məğlub edib. Hesabı oyunun 11-ci dəqiqəsində cərimə meydanının kənarından mükəmməl zərbə ilə Mixail Ballak açdı.

İkinci dəfə almanlar 48-ci dəqiqədə Vilyamsın avtoqolu sayəsində sevindilər.

Bu oyun həmçinin də Almaniya yığmasının iki aparıcı oyunçusu Ballak və Podolcki arasında baş vermiş xoşagəlməz epizodla da yadda qalıb. Almanların kapitanı Ballak komanda yoldaşını məzəmmət edərkə ondan sillə alıb. Oyunçular arasında mübahisə komanda yoldaşlarının məsələyə qarışmasından sonra dayanıb.

Azərbaycan millisinin daha bir rəqibi Finlyandiya yığması həmin gün yoldaşlıq görüşü keçirdi. Osloda Norveç yığmasına qarşı oynayan finlər, 2-3 hesabı ilə məğlub oldular.

Xəbər lenti

Xəbər lenti