...

Azərbaycanın Xarici İşlər naziri Cənubi Qafqazda yeni dövlətlərin yaranmasının əleyhinədir

Siyasət Materials 1 Aprel 2009 21:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 1 aprel/ Trend , müxbir N.Kirtsxaliya/

Cənubi Qafqazda üç dövlət mövcuddur, və hər hansı dördüncü və ya beşinci dövlətin yaradılmasına kömək etmək lazım deyil, Tbilisidə brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə şərh verərək Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bəyan edib.

 "Biz erməni qonşularımıza izah etməliyik ki, sülh yolu ilə münaqişənin nizamlanması yaranmış vəziyyətdən ən yaxşı çıxış yoludur. Bu qaçqınların qayıtması, infrastrukturanın inkişafı və s. deməkdir " - deyə nazir bildirib.

Xarici İşlər naziri qeyd edib ki, "azərbaycanlılar və ermənilər dialoqa girmək üçün münasibətləri yoluna qoymalıdır."

Minsk qrupunun həmsədri Bernar Fasyenin bəyanatı ilə əlaqədar olaraq Məmmədyarov bildirb ki, Madrid sənədinin şərtsiz icra edilməsi vacibdir, "başlanğıcda isə uğurlu dialoq üçün şərait yaratmaq lazımdır"
 

"Biz bunu Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, ermənilərin 20 faiz ərazilərimizi işğal etməsi şəraitində edə bilmərik. Ermənistanın işğal edilmiş ərazilərdən çıxması, kommunikasiya qurması, sanitar problemləri həll etməsi, insanları qaytarması vacibdir. Bundan sonra dialoq mümkün olacaq". - deyə Məmmədyarov bildirib.

Erməniləri inandırmaq lazımdır ki, düşmən münasibətdənsə yaxşı qonşuluq münasibətləri qurmaq lazımdır, deyə Azərbaycan Xarici İşlər naziri qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti