...

Azərbaycanın xarici işlər naziri Tbilisidə Heydər Əliyev xiyabanını ziyarət edib

Siyasət Materials 2 Aprel 2009 14:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 aprel / Trend , müxbir N.Kirtsxalia /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfəri davam edir. Bu gün səhər xarici işlər naziri Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Daha sonra Məmmədyarov Azərbaycanın ümummilli lideri Heydər Əliyev xiyabanını ziyarət edib. Xarici işlər nazirinin sözlərinə görə, onun Tbilisiyə səfəri kifayət qədər məhsuldar olub, gürcüstanlı həmkarı Qriqol Vaşadze və ölkə prezidenti Mixail Saakaşvili ilə görüşüb.

"Görüşlərdə siyasi və iqtisadi məsələlər müzakirə olunub. İki ölkə arasında münasibətlərin dərinləşdirilməsi üzrə tədbirlər planı imzalanıb", - deyə Azərbaycanın XİN rəhbəri bildirib.

Mqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti