...

Azərbaycanın millət vəkilləri korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə beynəlxalq tədbir iştirakçılarını məlumatlandıracaqlar

Siyasət Materials 2 Aprel 2009 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı 02 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, təşkilatın Cənubi Qafqaz üzrə şəbəkəsinin rəhbəri Əli Hüseynov və şəbəkənin İcra Komitəsinin sədri, deputat Fuad Muradov aprelin 3-dən 5-dək Slovakiyanın Bratislava şəhərində Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının növbəti iclasında iştirak edəcəklər.  

Dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssislərinin dəvət olunduğu bu toplantıda korrupsiyanın qarşısının alınmasında parlamentarilərin rolu barədə fikir mübadiləsi aparılacaq, Milli Məclisin cümə axşamı yaydığı məlumatında bildirilib.  

Milli Məclisin deputatları BMT-nin korrupsiya əleyhinə Konvensiyasından irəli gələn məsələlərin Azərbaycanda həyata keçirilməsi, bu sahədə görülən işlər, Milli Məclisdə korrupsiya əleyhinə qəbul edilmiş qanunlar və normativ hüquqi aktlar barədə ətraflı məlumat verəcək, tədbir iştirakçılarını məlumatlandıracaqlar.

Trend -un arayışı: Bu ilin fevralında Bakıda Korrupsiyaya Qarşı Mübarizə üzrə Cənubi Qafqaz Parlamentlərarası Şəbəkə təsis edilib. Şəbəkə Korrupsiyaya Qarşı Parlamentarilərin Qlobal Təskilatının (GOPAK) Cənubi Qafqazda nümayəndəliyidir. GOPAK-ın Bakıda numayəndəliyinin yaradılması barədə qərar təskilatın ötən il noyabrın 16-20-da Küveytdə baş tutan III konfransında qəbul olunub.

Şəbəkənin məqsədi korrupsiya ilə mübarizə, parlamentlər arasında təcrübə mübadiləsi və bu məsələdə dövlətlərə yardım göstərilməsindən ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti