...

Azərbaycan Prezidenti bir neçə ölkənin ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib

Siyasət Materials 2 Aprel 2009 18:33 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də bir neçə ölkənin ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident Bolqarıstan Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasil Todorov Kalinovun, Rusiya Federasiyasının səfiri Vladimir Doroxinin, Mərakeş Krallığının səfiri Həsən Haminin, Çin Xalq Respublikasının səfiri Can Yannyanın etimadnamələrini qəbul edib.

Prezident İlham Əliyev qəbul zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafını, yüksək səviyyəli qarşılıqlı səfərlərin, məsləhətləşmələrin əlaqələrin dinamik inkişafına xidmət etdiyini vurğulayıb.

Səfirlər fəaliyyətləri dövründə qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti