...

Azərbaycan Prezidenti Xəzəryanı ölkələrin nəqliyyat nazirlərini qəbul edib

Siyasət Materials 2 Aprel 2009 20:30 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin birinci görüşündə iştirak edən Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini, Qazaxıstan Respublikasının nəqliyyat və kommunikasiya naziri Əbilqazi Kusainovu və Türkmənistanın dəmiryol nəqliyyatı naziri Dəryaqulu Məhəmmədquliyevi qəbul edib. Azərtac Dövlət İnformasiya Agentliyi xəbər verir.

Rusiyanın nəqliyyat naziri Bakıda Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin birinci görüşünün yüksək səviyyədə təşkil edildiyini bildirib.
Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin ilk görüşünün Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu, bu sahədə ölkəmizdə mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirib. Prezident bu tədbirin Xəzəryanı ölkələrin əməkdaşlığının daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti