...

Dialoqa alternativ yoxdur – Gürcüstan Prezidenti

Siyasət Materials 7 Aprel 2009 20:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 aprel / Trend , müxbir N.Kirtsxaliya / 

Gürcüstan Prezidenti Mixail Saakaşvili hakimiyyət və müxalifəti dialoqa çağırıb.

"Dialoqdan imtina etməyə haqqımız yoxdur. Heç kəsin "bizi başqalarının fikri maraqlandırmır" deməyə haqqı yoxdur. Əvvəllər radikal bəyanatlar dəfələrlə bizi faciələrə gətirib və bu səbəbdən dialoqa alternativ yoxdur", - Saakaşvili deyib.  

Gürcüstan Prezidentinin sözlərinə əsasən, dünya iqtisadi böhranını və Rusiyanın işğal etdiyi 20 faiz torpaqları nəzərə alaraq dialoqdan imtina etmək doğru olmaz.

Prezident qeyd edib ki, Gürcüstan parlamentində siyasi qüvvələr arasında dialoq əldə olunub.

"Hətta ən kiçik siyasi qüvvə ilə də dialoqdan imtina etməməliyik", - Saakaşvili deyib.

Saakaşvilinin bəyanatını qeyri-parlament müxalifəti artıq cavablandırıb.

"Hakimiyyətlə bir məsələ barəsində dialoq baş tuta bilər - Prezident Saakaşvilinin istefası. Bu dialoq açıq efirdə keçirilməlidir", - qeyri-parlament müxalifəti adından prezidentliyə keçmiş namizəd Levon Qaçeçiladze bildirib.

Qaçeçiladze qeyd edib ki, müxalifət qüvvələrinin mövqeyini radikal hesab etmir. "Saakaşvilidən radikal insan Gürcüstanda görmürəm", - Qaçeçiladze deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti