Gürcüstan, Tbilisi, 08 aprel / Trend , müxbir N.Kirtsxalia /
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün Gürcüstana səfər edəcək. Semnebi səfər çərçivəsində ölkənin rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin müxalifyönlü siyasi partiyaların rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Aİ və Gürcüstan arasında münasibətlərin müxtəlif aspektləri, "Şərq tərəfdaşlığı" təşəbbüsü və Gürcüstan ərazilərində münaqişələrin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.
Müxalifət nümayəndələri ilə görüşlərdə əsas məsələlərdən biri müxalifətin prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aprelin 9-da keçirilməsi nəzərdə tutulan kütləvi etiraz aksiyası ilə bağlı olacaq.
Semnebi Gürcüstana Bakıdan gələcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]