Gürcüstan, Tbilisi, 10 aprel / Trend , müxbir N.Kirtsxaliya /
"Gürcüstan Prezidenti Mixail Saakaşvili müxalifətə Tbilisi merinin birbaşa seçkilərini təklif edir", - gürcü mətbuatı prezidentin mətbuat xidmətinə istinadən məlumat verir.
Mətbuat xidməti Prezident Saakaşvilinin cümə günü televiziya vasitəsilə etdiyi ingilis dilində çıxışını dərc edib.
Merin seçkilərinin keçirilməsi təklifi Saakaşvilinin tərəfdarları tərəfindən səsləndirilmişdi, ancaq Prezidentin özü bu haqda ilk dəfə danışıb.
Bu bəyanatla Prezident diqqəti hökumətin aksiyalar başlayana qədər və onun gedişində fəaliyyətinə yönəldir. Bunda məqsəd hökumətin aksiyaları idarəetmə hərəkətlərinin "tam şəffaflığı"nı nümayiş etdirməkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]