...

Gürcüstan müxalifəti bu gün aksiyaların "ikinci dalğa"sını vəd edir

Siyasət Materials 13 Aprel 2009 11:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan müxalifəti bu gün Tbilisidə aksiyaların genişləndiriləcəyini və bütün şəhəri əhatə edəcəyini vəd edir. Müxalifət liderlərindən biri Qiorqi Xaindrava bildirib ki, bu aksiyaların "ikinci dalğa"sı olacaq və ona ölkə regionlarından olan vətəndaşlar da qoşulacaq.

Dünən müxalifət liderləri, tərəfdarlarını bu gün Tbilisi vaxtı ilə saat 15:00-da parlament qarşısına toplaşmağa çağırıblar. Müxalifətçilər burada tərəfdaşlarını öz fəaliyyət planları ilə tanış edəcəklər.

Aksiyaların aprelin 9-da keçirilən birinci günündə parlament qarşısına təqribən 40 min adam toşlaşmışdısa, dünən təqribən 3 min nəfər mitinqçi aksiyada işrak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti