...

Tbilisi Meriyasında müxalifətin prezidentin iqamətgahı qarşısında 24 saatlıq piket keçirmək qərarının qanun çərçivələrini aşdığı hesab olunur

Siyasət Materials 13 Aprel 2009 19:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Tbilisi Meriyasında hesab olunur ki, müxalifətin Gürcüstan prezidentinin Avlabari iqamətgahı qarşısında 24 saatlıq piket keçirmək qərarı qanun çərçivələrini aşır.

Meriyadan deyilib ki, aksiya təşkilatçılarının meriyaya verdiyi ərizəyə əsasən, müxalifət liderləri Rustaveli prospektində çoxminlik aksiyalar təşkil etmək icazəsi alıb. Başqa yerlərdə, o cümlədən prezident iqamətgahının yanında isə onlar yalnız nümayişlər həyata keçirə bilərlər.

"Bundan çıxış edərək söyləmək olar ki, prezident iqamətgahının yanında 24 saatlıq piketi qanun pozuntusu hesab etmək olar", - meriyadan deyilib.

Xatırladaq ki, Gürcüstan Prezidentinin Avlabari iqamətgahının yanında 24 saatlıq piket haqqında qərarı müxalifət bu gün günün ikinci yarısında qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti