...

Azərbaycan prezidenti Latviyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 16 Aprel 2009 13:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviyanın xarici işlər naziri Maris Riekstinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Latviya xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti