...

Rusiya Azərbaycanın strateji tərəfdaşıdır - prezident İlham Əliyev

Siyasət Materials 17 Aprel 2009 14:35 (UTC +04:00)
Rusiya Azərbaycanın strateji tərəfdaşıdır - prezident İlham Əliyev

RF Prezidentinin şəhərkənarı iqamətgahında Dmitri Medvedyevin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü başlanıb, RİA Novosti xəbər verir.

İlham Əliyev RF Prezidentinin dəvəti ilə Rusiyaya ikigünlük işgüzar səfərə gəlib. Tərəflər ötən ilin iyulunda, RF Prezidentinin Bakıya səfəri zamanı iki ölkə arasında dostluq və strateji əməkdaşlıq haqda qətnamə imzalayıblar.

Görüşün əvvəlində Dmitri Medvedyev qeyd edib ki, iki ölkə arasında "yaxşı münasibətlər formalaşıb".

"Biz mütəmadi olaraq ünsiyyət qurur, bizi maraqlandıran bütün məsələləri müzakirə edirik. Ötənilki ticarət dövriyyəsi 40 faiz artıb", - Rusiya lider bildirib.

Onun sözlərinə görə, bu il xeyli çətin olacaq. "Bizim məqsədimiz əldə edilənləri saxlamaqdır. Çünki biz artıma yalnız enerji daşıyıcılarının hesabına deyil, ticarət dövriyyəsində keyfiyyət dəyişməsi ilə nail olmuşuq, bu, çox dəyərlidir", - Dmitri Medvedyev deyib.

RF Prezidenti ikitərəfli iqtisadi münasibətlərdə müsbət dinamikanı saxlamaq üçün hər şeyi etməyi təklif edib. O, həmçinin humanitar münasibətlərdə əlaqələrin möhkəmlənməsini qeyd edib. "Bu bizi daha çox birləşdirir", - o deyib.

Cavab sözündə İlham Əliyev bildirib ki, ikitərəfli münasibətlərin müsbət inkişafına "bizim şəxsi dostluq münasibətlərimiz" də təsir edir.

Azərbaycan Prezidenti həmçinin onu da qeyd edib ki, qlobal maliyyə böhranı iqtisadi münasibətlərin inkişafına bəzi düzəlişlər edib. Bununla belə, Prezident ticarət dövriyyəsinin 3 milyard dollara çatacağına ümid etdiyini bildirib.

İlham Əliyev vurğulayıb ki, "Rusiya Azərbaycanın dostu, qonşusu, strateji tərəfdaşıdır və münasibətlər bu əsasda inkişaf etdiriləcək".

Dövlət başçılarının danışıqlarının gündəliyində yeni əməkdaşlıq istiqamətləri, xüsusilə də enerji - Azərbaycan təbii qazının satış bazarının genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi durur.

Ümumilikdə, Rusiya enerji bazarında qaz istehlakının azalması şəraitində Asiya ölkələri - Özbəkistan, Qazaxıstan və Türkmənistanla qarşılıqlı əməkdaşlığı fəallaşdırmaq niyyətindədir. Bir müddət əvvəl Rusiyanın Baş naziri Vladimir Putin öz müavini İqor Seçin və "Qazprom"un başçısı Aleksey Millerə bu haqda tapşırıq verib.

"Qazprom" və Azərbaycan martda, 2010-cu ilin yanvarından etibarən Azərbaycan qazının tədarük şərtlərinin razılaşdırılması üzrə danışıqlara başlamaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti