...

Gürcüstanın xarici işlər naziri bu gün İsveçə səfər edəcək

Siyasət Materials 20 Aprel 2009 11:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze aprelin 20-də Skandinaviya turnesi çərçivəsində İsveçə səfər edəcək.

Gürcüstan XİN-dən verilən məlumata görə, Vaşadze aprelin 20-da İsveç parlamentinin sədri Per Vesterberq, beynəlxalq inkişaf naziri Qunilla Karlsson və ticarət naziri Yeva Berlinq ilə görüşlər keçirəcək.

Bu gün İsveçin xarici işlər naziri Karl Bildtin adından gürcüstanlı həmkarının şərəfinə işgüzar nahar təşkil olunacaq. Nahardan sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılıb.

Vaşadze Təhlükəsizlik və Siyasi İnkişaf İnstitutu tərəfindən təşkil olunmuş görüşdə mühazirə oxuyacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti